Azərbaycanlı FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb
Bakı, 24 iyul, AZƏRTAC
FIFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Albaniyada "Dinamo Siti" və Sloveniyanın “Alyuminiy” komandaları arasında keçiriləcək cavab matçının baş hakimi olacaq.
Kamal Umudluya yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 30-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında ilk görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]