Azərbaycanlı həkim Almaniyada klinika direktoru vəzifəsinə təyinat alıb
Bakı, 31 dekabr, AZƏRTAC
Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev Almaniyada yüksək vəzifəyə təyin olunub.
AZƏRTAC xəbər verir ki, N.Abdullayev bu barədə özünün feysbuk səhifəsində məlumat paylaşıb.
Bildirib ki, o, sabahdan (2023-cü ilin yanvar ayının 1-dən) fəaliyyətini Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru kimi davam etdirəcək.
“Almaniyanın 33 yaşında bu vəzifəyə təyin olunan ən gənc klinika rəhbəri (Chefarzt) oldum. Bu bir tarixdir. Almaniyanın üçüncü ən böyük - 600 min əhalisi olan bir bölgəsinə (der drittgrößte Landkreis) cavabdeh olan klinikanın rəhbəri olmaqla o bölgədə yeni texnologiya və innovativ üsullarla radioloji və neyroradiolji diaqnostik və müalicə metodlarının inkişafı və insult xəstələrinə göstərilən tibbi xidmətin ən üst səviyyəyə çatdırılması kimi çox önəmli bir missiya mənə həvalə olunub”, - deyə həkim qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]