AZƏRBAYCANLI MÜTƏXƏSSİS DEHLİDƏ TƏLİM KURSU KEÇMİŞDİR
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun əməkdaşı Arzu Abbasov həmin təlim kursunda iştirak etmişdir. O demişdir ki, botaniki üsulla alınmış 20 qram kartof toxumu bir hektar sahəni toxum materialı ilə təmin edə bilər. Bu üsulla istehsal edilən toxumun, ondan alınan məhsulun virusla yoluxması, xəstəliyə tutulması istisna edilir.
Mütəxəssislərin fikrincə, botaniki üsulla kartof toxumu istehsalının öyrənilməsi və tətbiqi ölkəmizin yüksək reproduksiyalı kartof toxumu ilə təmin edilməsində mühüm rol oynaya bilər.