CƏMİYYƏT
Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Bakı, 2 oktyabr, AZƏRTAC
Türk milləti dünyanın ən yaxşı silahlı pilotsuz uçuş aparatlarına sahibdir. Təbii ki, rəqabət davam edir. Həmin texnologiyalarımız Qarabağın azad olunmasında istifadə edildi. Bu, təbii ki bizim üçün qürur mənbəyidir. Həm də yeni nəsillərin üzərinə böyük bir məsuliyyət düşür. Onlar yaratdığı yeni texnologiyanı bütün dünyanın istifadəsinə verəcək, insanlığa fayda verməyə yönəlmiş texnologiyalar istehsal edəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.
“Türk orduları pilotsuz uçuş aparatları və silahlı pilotsuz uçuş aparatları ilə dünyada ilk savaşı qazandılar. Öz torpaqlarımızı geri aldıq. Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər. Şəhid və qazilərimiz sayəsində Zəfər qazanıldı. Biz də texnoloji cəhətdən dəstək olduq və dua etdik”, – deyə S.Bayraktar bildirib.