Azərbaycanlı qrossmeysterlər Dünya İntellektual Oyunlarında mübarizə aparacaqlar
Bakı, 25 fevral, AZƏRTAC
Bu gün Çinin Xuanşan (Tszyansu) şəhərində Dünya İntellektual Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Oyunların proqramında mühüm hissəsini şahmat üzrə yarışlar təşkil edir.
AZƏRTAC xəbər verir ki, oyunlarda 32 qrossmeyster, o cümlədən 16 kişi və 16 qadın şahmatçı mübarizə aparacaq. Azərbaycanı beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov (2747) və Rauf Məmmədov (2650) təmsil edəcək.
Yarışların reytinq-favoriti Çin təmsilçiləri Din Lijen (2766) və Tszyuy Ventszyundur (2558).
Şahmat turniri 3 növdə: rapid (26-27 fevral), blits (28 fevral - 1 mart) və bask (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla mübarizə aparırlar) növündə (2-3 mart) keçiriləcək. Yarışlar Bakı vaxtı ilə səhər saat 10:00-da başlayır.
Dünya İntellektual Oyunlarında 43 ölkədən 143 oyunçu iştirak edir. Şahmat, qo, Çin şahmatı, bric və dama üzrə ən güclülər müəyyən ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]