Azərbaycanlı şəhid övladlarının Türkiyəyə səfəri təşkil olunub
Ankara, 17 mart, AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən “Vatan Yıldızları” Vəqfinin dəvəti ilə Azərbaycandan 10 şəhid övladının qardaş ölkəyə səfəri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qrupu “YAŞAT” Fondunun sədri Elvin Hüseynovun rəhbərliyi ilə qurumun heyəti müşayiət edir.
Çanaqqala zəfərinin növbəti ildönümü şərəfinə təşkil olunan proqram çərçivəsində vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən qəhrəmanlarımızın övladları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət edəcək, muzey və kitabxanalarda olacaqlar.
Səfər martın 19-da başa çatır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]