AZƏRBAYCANLI VƏ RUSİYALI GƏNCLƏRDƏN İBARƏT QRUP ÖLKƏMİZDƏ SƏFƏRDƏDİR
Bakı, 5 avqust (AZƏRTAC). Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəvəti ilə RAGT-ın və Rusiya Gənclər İctimai Palatasının üzvlərindən, rusiyalı dövlət qulluqçularından, Rusiyanın aparıcı ali məktəblərində təhsil alan rus və azərbaycanlı tələbələrdən ibarət bir qrup gənc ölkəmizdə səfərdədir.
Səfərin təşkilindən məqsəd Azərbaycan və Rusiya arasında əlaqələri gücləndirmək və möhkəmlətmək, iki ölkənin gənclərini bir-birinə yaxınlaşdırmaq, tələbələr arasında daha sıx əlaqələr qurmaq, dostluq münasibətlərini inkişaf etdirməkdir.
RAGT-ın İdarə Heyəti Şurasının üzvü Emin Hacıyev bildirmişdir ki, artıq üçüncü ildir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə azərbaycanlı və rusiyalı gənclərdən ibarət belə qrupların ölkəmizə səfəri təşkil olunur.
Avqustun 9-dək davam edəcək bu dəfəki səfər çərçivəsində gənclər bir sıra görüşlər keçirəcək, Naxçıvan Muxtar Respublikasına və Quba rayonuna səfər edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]