“AZERCELL” YENİ TARİFLƏR TƏTBİQ EDİR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il “Azercell Telecom” yüklənən SimSim danışıq kartlarının istifadə müddətini artırmışdır. Hazırda 10 min manatlıq (2 AZN) danışıq kartının istifadə müddəti 30, 100 min manatlıq (20 AZN) kartın müddəti 180, 200 min manatlıq (40 AZN) kartın müddəti isə 360 gün olmuşdur. 50 min manatlıq (10 AZN) danışıq kartının istifadə müddəti 90 gün olaraq qalır. Həmçinin SimSim ailəsinə yeni qoşulan bütün abonentlərin xətti daxil olan zənglərmesajlar üçün 6 ay ərzində açıq qalır və bütün yeni SimSim abonentlərinə hədiyyə olaraq 500 kontur verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]