AZERCELLİN BÖLGƏLƏRDƏ YENİ EKSPRESSMƏNTƏQƏLƏRİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, açılış mərasimində çıxış edən Azercell Telekom BM-in baş direktoru Sərdar Canoğulları bildirmişdir ki, hazırda respublikanın 6 şəhər və rayonunda belə məntəqələr fəaliyyət göstərir. Azercell abonentlərinin sayı 10 min nəfər olan Ağdaşda 2 rəsmi diler, 4 subdiler, 60 danışıq kartı satış nöqtəsi və 2 ödəmə məntəqəsi, 25 min nəfər Azercell abonenti olan Bərdədə isə 2 rəsmi diler, 12 subdiler, 150 danışıq kartı satış nöqtəsi və 2 ödəmə məntəqəsi fəaliyyət göstərir. Yaxın gələcəkdə Bərdədəki abonentlərin sayının 40-50 min nəfərə çatacağı gözlənilir və yeni layihə çərçivəsində 30 nəfər bərdəli mobil rabitə sahəsində işlə təmin ediləcəkdir. Qeyd olunmuşdur ki, qısa müddət ərzində Mingəçevir, Şəmkir və Lənkəranda da belə məntəqələr istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]