“AZƏRDƏMİRYOLBANK” SƏHMDAR BANKI CARİ İLİN 11 AYINI YÜKSƏK NƏTİCƏLƏRLƏ BAŞA VURMUŞDUR
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bankın aktivləri ilin əvvəlinə nisbətən 25,6 faiz artaraq 182 milyard manata çatmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən aktivlərin həcmi 59,1 milyard manat və ya 48,1 faiz artmışdır. Aktivlərin 141,3 milyard manatını kredit portfeli təşkil etmişdir ki, bu da ilin əvvəlinə nisbətən 58,7 milyard manat və ya 71 faiz çoxdur.
Cəlb edilmiş vəsaitlər cari ilin 11 ayı ərzində 31,3 milyard manat və ya 27,8 faiz artaraq dekabrın 1-nə olan vəziyyətə 144 milyard manat təşkil etmişdir.
Ümumi cəlb edilmiş vəsaitlərin tərkibində fiziki şəxslərin depozitlərinin məbləği ilin əvvəlinə nisbətən 17,1 milyard manat və ya 31,2 faiz artaraq 72,1 milyard manata çatmışdır.
2005-ci ilin 11 ayı ərzində bankın ümumi gəlirləri 43 milyard 854,6 milyon manat, ümumi xərcləri 37 milyard 486 milyon manat təşkil etmiş, bank 6 milyard 368,6 milyon manat mənfəət əldə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]