“AZƏRDƏMİRYOLBANK” SƏHMDAR BANKI CARİ İLİN 9 AYINA YEKUN VURMUŞDUR
İlin əvvəlinə nisbətən bankın kredit portfeli 27 milyard manat və ya 48,4 faiz artaraq 82,8 milyard manata çatmışdır. Kreditlərin 34,3 milyard manatı fiziki, 48,5 milyard manatı isə korporativ müştərilərə verilmişdir.
Maliyyə resurslarının səmərəli yerləşdirilməsi təmin olunmaqla, bank onların cəlb edilməsi üçün fəal siyasət yeritmişdir. 2004-cü il oktyabrın 1-nə olan məlumata görə, cəlb edilmiş vəsaitin ümumi məbləği 98, 7 milyard manat olmuşdur.
Maliyyə fəaliyyətinin yekunu kimi, göstərilmişdir ki, 2004-cü ilin 9 ayı ərzində bankın ümumi mədaxili 20940,7 milyon manat, ümumi məxarici isə 16417,2 milyon manat, mənfəət 4523,5 milyon manat təşkil etmişdir. Cari ilin 9 ayı ərzində əldə edilmiş mənfəətdən 1235,1 milyon manat vergi ödənilmişdir.
2004-cü il oktyabrın 1-nə olan vəziyyətə görə, bankın kapitalı 29802,2 milyon manata çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [12:09]
Avro son 17 ayın ən aşağı səviyyəsinə enib
- 05.10.2026 [11:59]