“Azərenerji” 6 modul elektrik stansiyasında 256 meqavat “itirilmiş” gücü bərpa edib
Bakı, 20 iyul, AZƏRTAC
"Azərenerji” ASC ölkənin istilik və su elektrik stansiyaları ilə yanaşı, 6 modul tipli elektrik stansiyasında yenidənqurma və təmir işləri həyata keçirərək “itirilmiş” güclərin bərpası istiqamətində ciddi irəliləyişlərə nail olub.
ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev AZƏRTAC-a bildirib ki, 2018-ci ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər 6 modul tipli elektrik stansiyasında ümumilikdə mövcud 72 aqreqatdan 12 ədədi ümumiyyətlə işləmirdi, digər aqreqatlar isə kəsirlə işləyirdi. Məhz işləməyən 12 aqreqatın yenilənməsi və əsas ehtiyat hissələrinin xarici ölkələrdən gətirilərək dəyişdirilməsi, eyni zamanda, digər aqreqatların təmir edilməsindən sonra ölkədəki bütün 6 modul tipli elektrik stansiyalarının hamısında yenidənqurma, təmir və bərpa işləri başa çatıb. Nəticədə “Səngəçal” elektrik stansiyasında 95 meqavat, “Bakı” elektrik stansiyasında 20 meqavat, “Şahdağ” elektrik stansiyasında 15 meqavat, “Xaçmaz” elektrik stansiyasında 47 meqavat, “Astara” elektrik stansiyasında 40 meqavat, “Şəki” elektrik stansiyasında isə 39 meqavat olmaqla ümumilikdə 256 meqavat “itirilmiş” güc bərpa edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]