“Azərenerji”: Elektrik enerjisi istehsalı artıb, yanacaq sərfiyyatına qənaət edilib
Bakı, 28 dekabr, AZƏRTAC
“Azərenerji” ASC-nin reabilitasiya üzrə Tədbirlər Planı öz bəhrəsini verir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, iyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident İlham Əliyev tərəfindən yaradılan Dövlət Komissiyasının yekun rəyindən sonra həyata keçirilən islahatlar və “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq görülən işlər müsbət nəticəsini verməkdədir. Belə ki, görülən işlərin nəticəsi olaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla gündəlik 5,5 milyon kilovat-saat çox elektrik enerjisi istehsal edilir. Ən əsası isə 5,5 milyon kilovat-saat artım olmasına baxmayaraq, keçən ilin eyni dövrünə nisbətən istehsal prosesində şərti yanacaq sərfiyyatı hər kilovat-saata görə 1-2 qramadək azalıb. Beləliklə, daha az yanacaq sərf edilməklə həm yanacağa qənaət olunub, həm də daha çox elektrik enerjisi istehsal olunub.
“Azərenerji” bütün qüvvəsi ilə tikinti, yenidənqurma və bərpa prosesini həyata keçirir və bundan sonra da davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]