“Azəripək” MMC-nin özəlləşdirilmə imkanları müzakirə olunub
Bakı, 13 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin müəssisə və obyektlərinin özəlləşdirilməsi istiqamətində görülən işlərlə bağlı müzakirə aparılıb, “Azəripək” MMC-nin özəlləşdirilmə imkanları, istehsal olunan məhsullar barədə məlumat verilib.
İclasda özəlləşdirmə prosesinə bu sahədə təcrübəyə malik investorların cəlb edilməsinin vacibliyi qeyd olunub. Özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]