“Azəriqaz” abonentləri təbii qaz təchizatındakı dayanmalarla bağlı SMS-lə məlumatlandıracaq
Bakı, 12 mart, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi təbii qaz təchizatında hər hansı bir səbəbdən dayandırma olarsa, bu barədə məlumatları abonentlərə SMS bildiriş formasında göndərməyi planlaşdırır. Hazırda bu istiqamətdə birliyin müvafiq strukturlarında proqramlaşdırma işləri icra edilməkdədir.
Birlikdən AZƏRTAC-a bildirilib ki, qaz sızması, qəzalar, təmir-tikinti, yeni yaşayış məntəqəsi və yeni tikililərin şəbəkəyə qoşulması və digər hallarda işlərin görülməsi üçün qaz təchizatında müvəqqəti fasilənin olması zəruridir. Bu halda abonentlərin əvvəlcədən daha operativ məlumatlandırılması üçün SMS bildirişlərin göndərilməsi məqbul sayılıb. Bu proses pilot layihə olaraq ilkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasına daxil olan 12 inzibati rayonda reallaşdırılacaq. Daha sonra bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qaz təchizatında dayandırmalara dair SMS bildirişlərin göndərilməsinə yaxın 10 gün ərzində başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]