“Azəriqaz” daha 4 rayonda sakinlərin müraciətlərini dinləyəcək
Bakı, 19 dekabr, AZƏRTAC
Bu həftə (dekabrın 20-23 tarixləri) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiya həftənin 2-ci günü saat 13:00-dan 14:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Ağsu rayonunda (Bayraq Meydanı), 4-cü günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]