“Azəriqaz” İstehsalat Birliyində iməcilik keçirilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyinin (İB) təşkilatlarının daxili əraziləri və Qaradağ kompressor stansiyasının sənaye zonasının geniş bir sahəsində iməcilik keçirilmişdir. Tədbirdə “Azəriqaz” İB-nin mərkəzi aparatının əməkdaşları ilə yanaşı, nəqliyyat və xüsusi texnika idarəsinin və layihə-konstruktor bürosunun 500-ə yaxın işçisi iştirak etmişdir. İməcilik zamanı əvvəlcədən əkinə hazırlanmış ərazidə 2 minə qədər müxtəlif növ ting və bəzək ağacları əkilmiş, əvvəllər əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmişdir.
AZƏRTAC xəbər verir ki, həmin gün İB-nin struktur təşkilatlarının daxili ərazilərində də geniş təmizlik və abadlıq işləri aparılmış, məişət və sənaye tullantıları xüsusi poliqona daşınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]