“Azəriqaz” Novruz bayramında gücləndirilmiş iş rejimində çalışacaq
Bakı, 17 mart, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) qeyri-iş günlərində (18-26 mart tarixləri) gücləndirilmiş iş rejiminə keçəcək. Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi şənbə-bazar günləri saat 10:00-dan 14:00-dək, digər bayram günləri isə saat 10:00-dan 15:00-dək fəaliyyət göstərəcək.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində də gücləndirilmiş iş rejimi təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla, yarana biləcək problemlər dərhal aradan qaldırılacaq.
Bundan başqa, “Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzi, Təmir-Tikinti İdarəsinin 104 Çağrı sahəsi də sutkanın 24 saatında abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.
Abonentlərin nəzərinə çatdırılır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə mesajlarını göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]