“Azəriqaz” ödəniş sisteminin fəaliyyəti müvəqqəti dayandırılacaq
Bakı, 2 mart, AZƏRTAC
Qaz abonentləri üçün ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, “SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İB-nin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq. Buna görə də ödəniş sistemi bu gün saat 22:00-dan sabah saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.
“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:40]
OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb
- 13.10.2026 [16:22]
Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib
- 13.10.2026 [16:20]
Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb
- 13.10.2026 [15:33]