“Azərsu” həndbol komandası növbəti qələbəsini qazanıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Qadın həndbolçuların Azərbaycan çempionatında dördüncü turun daha bir oyunu keçirilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, oktyabrın 27-də keçirilən görüşdə “Qarabağ” və “Azərsu” komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi ilə yadda qalan oyun “Azərsu”nun xeyrinə nəticələnib - 30:25.
Qeyd edək ki, dördüncü tura noyabrın 6-da təşkil olunacaq “Azəryol”-“İdman Akademiyası” matçı ilə yekun vurulacaq.
Oktyabrın 28-də kişi həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək. Əvvəlcə meydançaya “Məhsul” və U-16 komandaları çıxacaqlar. Günün digər matçında isə “Bakı” ilə “Təhsil” üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]