“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Ahmad Gozal və Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
“Azərsun Holdinq”dən AZƏRTAC-a bildirilib ki, sonra isə Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin xatirəsi ehtiramla yad olunub, onların məzarı önünə tər çiçəklər düzülüb.