CƏMİYYƏT
AZƏRTAC-ın xüsusi müxbiri 24news. Tv-də Azərbaycanda medianın vəziyyəti barədə danışıb
Tbilisi, 19 iyul, AZƏRTAC
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov bu ölkənin 24news. Tv kanalında Azərbaycanda medianın vəziyyəti barədə tamaşaçılara ətraflı məlumat verib.
24news.Tv-də hər həftə yayımlanan “Sərbəst müzakirə” verilişində bu dəfə Cənubi Qafqazda medianın bugünkü vəziyyəti diqqət mərkəzində olub.
Xüsusi müxbir Azərbaycan mətbuatının yaranma tarixi, keçdiyi 146 il ərzində qazandığı uğurları barədə tamaşaçılara məlumat verib. Eyni zamanda, Azərbaycan dövlətinin mətbuata qayğısından danışıb.
Veriliş zamanı X.Əzizov və “Mtavari Arxi” televiziyasının aparıcı reportyoru Ceyhun Narzalov Azərbaycan, Gürcüstan və Ermənistanda medianın durumuna dair müqayisələr aparıb, fikirlərini bölüşüblər.