Azərbaycan Dövlət İnformasiya Agentliyi

AzərTAc növbəti layihəsini Danimarkada reallaşdırmışdır

Bakı, 15 aprel (AZƏRTAC). Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) ölkəmizin xaricdə geniş tanıdılması ilə bağlı daha bir layihəsini reallaşdırmışdır. Bu dəfə agentlik Danimarkada Azərbaycan təşkilatları ilə birgə bir sıra tədbirlər həyata keçirmiş və həmin tədbirləri geniş işıqlandırmışdır. İndiyədək AZƏRTAC belə layihələri İsveçdə və Finlandiyada da həyata keçirmişdir.

 

Layihənin məqsədi

Danimarka Azərbaycanın xarici əlaqələrində özünəməxsus yer tutan Avropa ölkələrindəndir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyi hələ ki, təsis edilməmişdir. Buna baxmayaraq, iki ölkə arasında ictimai cəmiyyətlər və parlament nümayəndələri vasitəsilə mədəni sahədə münasibətlər inkişaf etməkdədir. Azərbaycanın bu Şimali Avropa dövlətində daimi təmsilçiliyinin olmaması orada yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edir. AZƏRTAC respublikamızla bağlı reallıqların uzaq Avropa ölkələrində tanıdılması üçün həmin dövlətlərdə fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə birlikdə bir neçə layihə həyata keçirmişdir. Məqsəd də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mədəniyyəti, tarixi haqqında çap məhsullarını bu ölkələrdə yaymaq, keçirilən tədbirlər vasitəsilə ictimaiyyətin diqqətini Azərbaycana cəlb etməkdir.

AZƏRTAC Kopenhagendə Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə bir sıra tədbirlər həyata keçirmişdir. Azərbaycan həqiqətləri haqqında Heydər Əliyev Fondunun, AZƏRTAC-ın, Mədəniyyət və Turizm Nazirliyinin çap etdirdiyi kitablar və albomlar, həmçinin agentlik tərəfindən hazırlanan “Gəzdim Azərbaycanı” video layihəsinin diskləri Cəmiyyətə təqdim olunmuşdur.

Cəmiyyətin sədri Kəmalə Hüseynova Kopenhagendə Azərbaycan musiqisini tanıtmaq üçün azərbaycanlı və danimarkalı uşaqlara milli mahnılarımızı və rəqslərimizi öyrədir. Bu işə dəstək verən AZƏRTAC Cəmiyyətə milli geyimlər hədiyyə etmişdir.

Kopenhagen şəhərində yaşayan azərbaycanlılarla Cəmiyyətin dəstəyi ilə görüş keçirilmişdir. Hər səfərdə xaricdə yaşayan azərbaycanlılarla görüş artıq ənənə halı almışdır. Belə görüşlərdə həm Azərbaycan həqiqətlərini tanıtmağın yolları, həm də həmvətənlərimizin bununla bağlı hansı problemlərlə üzləşməsi ətrafında fikir mübadiləsi aparılır.

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi qurumun Azərbaycan həqiqətlərinin danimarkalılara çatdırılması istiqamətində mühüm işlər gördüyünü söyləmişdir. O, bu ölkədə danimarkalılarla yanaşı, müxtəlif xalqların nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi və Xocalı soyqırımı barədə ətraflı məlumatlandırılmaları üçün müxtəlif tədbirlərin keçirildiyini bildirmişdir. “Həmin tədbirlərin iştirakçılarına Azərbaycanın tarixi həqiqətlərindən bəhs edən kitab və broşürlər verilir. Bu işdə azərbaycanlılarla yanaşı, Danimarkada yaşayan türkdilli xalqların nümayəndələri də yaxından iştirak edirlər”, - deyə o bildirmişdir. S.Sadiqi demişdir ki, vacib məqamlardan biri də Danimarka parlamentinin üzvləri, türk mənşəli deputatlarla sıx əlaqələrin yaradılmasıdır. Yaxın vaxtlarda Danimarkada fəaliyyət göstərən türkdilli cəmiyyətlərin konfransının keçirilməsinin planlaşdırıldığını deyən S.Sadiqi əlavə etmişdir ki, Skandinaviyada Azərbaycan Gəncləri təşkilatının yaradılması istiqamətində də bəzi işlər görülür.

 

Danimarkada “Ana dili”

Kopenhagendə artıq bir ildir ki, “Azərbaycan evi” fəaliyyət göstərir. Danimarkada yaşayan azərbaycanlıların adət-ənənələrinin yaşadılması baxımından böyük əhəmiyyət daşıyan bu ev Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə fəaliyyətə başlamışdır. Burada “Ana dili” məktəbi də vardır. Məktəbin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlı uşaqlara və gənclərə Azərbaycan dilini, tarixini, coğrafiyasını, mədəniyyətini və s. tədris etməkdir.

“Ana dili” məktəbinin müəllimi Fərqanə İsmayılova Danimarkada belə bir məktəbin fəaliyyət göstərməsinin vacib olduğunu qeyd etmişdir. O demişdir ki, bu məktəbdə oxuyan azərbaycanlı uşaqlar xalqımızın ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənirlər. F.İsmayılova demişdir: “Danimarkada doğulub böyüyən azərbaycanlı uşaqların ana dillərində danışmaları üçün “Ana dili” məktəbinə böyük ehtiyac var idi. Bu məktəbin şagirdləri danimarkalı dostlarının Azərbaycan haqqında suallarını ətraflı cavablandıra biləcəklər. Azərbaycanlı valideynlər uşaqlarını bu məktəbə böyük həvəslə gətirirlər”.

Məktəbdə Azərbaycan təhsil sistemində tədris olunan dərs vəsaitlərindən istifadə edilir. Təhsil Nazirliyi məktəbə bir neçə kitab hədiyyə etmişdir. Fərqanə İsmayılova demişdir ki, dərsliklərin sayı çox olarsa, onları bütün uşaqlara paylamaq olar. Hazırda isə hər dərslikdən bir nüsxə olduğu üçün uşaqlar kitabların surətindən istifadə edirlər. O, məktəbə yeni kitabların veriləcəyinə əmin olduğunu bildirmişdir.

Məktəbdə təhsil alan uşaqlar həm də Azərbaycan nağıllarından və milli rəqslərimizdən ibarət kompozisiyalar hazırlayırlar. Azərbaycanlı uşaqların ifasında bu rəqs və nağıllar Kopenhagendə təşkil edilən müxtəlif tədbirlərdə müntəzəm şəkildə təqdim olunur.

Danimarkada yaşayan soydaşımız Aybəniz Murtuzova da bu ölkədə doğulub böyüyən azərbaycanlı uşaqların doğma dilimizi, xalqımızın tarixini, mədəniyyətini, milli musiqimizi və rəqslərimizi yaxşı bilmələri üçün “Ana dili” məktəbinin böyük rolu olduğunu söyləmişdir.

 

Bələdiyyə təmsilçisi: “Qondarma “erməni soyqırımı”nın Danimarka parlamentində tanınması gündəmdə deyil”

Finlandiyadan fərqli olaraq Danimarkada müxtəlif xalqların ana dilləri tədris proqramına salınmır. Lakin bu istiqamətdə dönüş olacağı gözlənilir. Kopenhagen Şəhər Bələdiyyəsinin siyasi məsələlər üzrə katibi Yıldız Akdoğan bizimlə görüşdə dedi ki, ölkə parlamentinin deputatları artıq uşağın öz ana dilini bilmədən Danimarka dilini də yaxşı öyrənə bilməyəcəyini anlayırlar. İki dəfə parlamentin deputatı olmuş Yıldız Akdoğan hakim Sosial-Demokrat Partiyasının üzvüdür. Onun sözlərinə görə, əvvəl hakimiyyətdə olan liberal-demokratlar hesab edirdilər ki, uşaqlar ilk növbədə Danimarka dilini öyrənməlidirlər. Elə bu səbəbdən də ölkə məktəblərində ana dili fənn kimi tədris proqramına salınmamışdır.

“Danimarkada yaşayan azərbaycanlılar çox fəaldırlar və onların bu cəmiyyətə inteqrasiyasında heç bir problem yoxdur”, - deyən Yıldız Akdoğan bildirmişdir ki, azərbaycanlıların Danimarkada sayının az olmasına baxmayaraq, onlar yaxşı təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər.

Yıldız Akdoğanla Danimarka parlamentində qondarma “erməni soyqırımı”nın tanınıb-tanınmayacağı ilə bağlı da söhbət etdik. Məlumdur ki, artıq İsveç parlamentində qondarma “erməni soyqırımı” tanınmışdır. Ermənilərin Şimali Avropa ölkələrində fəallaşması Danimarkada da bu məsələnin qaldırıla biləcəyi ehtimalını yaradır. Hakim partiyanın üzvü kimi Y.Akdoğan qondarma “erməni soyqırımı”nın Danimarka parlamentində tanınmasının gündəmdə olmadığını demişdir. O bildirmişdir ki, mətbuatda bu məsələ haqqında məlumat yayılsa da, qanunverici orqanda onun müzakirəsi nəzərdə tutulmur.

Y.Akdoğan demişdir ki, Azərbaycan icması öz ölkəsinin həqiqətlərini parlament nümayəndələrinə çatdırmaqla onları daha geniş məlumatlandıra bilər. Biz də bu fikirdəyik ki, Azərbaycan təşkilatları tez-tez parlament nümayəndələri ilə görüşlər keçirməli, yerli mətbuatda məqalələrlə çıxış etməlidirlər. Bu, erməni təbliğatının qarşısını almaq üçün vacib məqamdır.

 

Danimarkada Azərbaycan musiqisi

Kopenhagendə olduğumuz müddətdə danimarkalıların Azərbaycana marağının şahidi olduq. Bizimlə söhbətində Danimarkanın Enerji Agentliyinin iqtisadçısı Kristina Bak Azərbaycanın mədəniyyəti, təbiəti və musiqisi ilə yaxından maraqlandığını demişdir. Danimarkada azərbaycanlıların keçirdikləri tədbirlərdə fəal iştirak etdiyini bildirən K.Bak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən də xəbərdar olduğunu söyləmişdir. Biz də danimarkalı xanımın Azərbaycan haqqında bilgilərini daha da artırmaq üçün ona kitablar və ölkəmizin regionları haqqında agentliyimiz tərəfindən hazırlanmış videoçarxlar təqdim etdik.

Azərbaycan musiqisi həqiqətən ürəkləri fəth edir. Kopenhagendə görüşdüyümüz danimarkalı müğənni Qudrin Holk mahnılarımızın vurğunudur. Azərbaycan haqqında isə müğənni ilk dəfə Elbrus dağının zirvəsində eşitdiyini bildirdi. O dedi: “Bir dəfə Elbrus dağının zirvəsinə qalxmışdım və mənə bələdçilik edən şəxs dağın zirvəsində uzaqdan görünən ölkələrdən birinin Azərbaycan olduğunu dedi. Elə həmin gün mən Azərbaycan haqqında eşitdim və Azərbaycan mənim üçün Elbrus dağının zirvəsindən başladı”.

Sonralar isə Qudrin Holk Azərbaycan musiqisi ilə Kəmalə Hüseynova vasitəsilə tanış olmuşdur. Tanınmış pianoçu olan Kəmalə Hüseynova ona bir neçə Azərbaycan mahnısı öyrətmişdir və tədricən Qudrin Holk musiqimizin bütün janrları ilə tanış olmuşdur. Q.Holk Azərbaycan musiqilərində Danimarka musiqisindən tam fərqli notların olduğunu, mahnılarımızdakı dərin, incə ahənglərin Avropa musiqisində olmadığını bildirmişdir.

Digər danimarkalı musiqiçi Anne Mariya Vanq Azərbaycan ilə ilk tanışlığının onun musiqisindən başladığını bildirmişdir. Biz məmnuniyyətlə bu iki danimarkalı musiqiçinin ifasında “Girdim yarın bağçasına”, “Sarı gəlin”, “Yalqızam” mahnılarını dinlədik.

Danimarkada yaşayan həmvətənlərimiz bu ölkədə Azərbaycan musiqisini böyük həvəslə təbliğ edir və yayırlar. Burada doğulan azərbaycanlı uşaqlar da milli musiqimizlə böyüyürlər. Eyni zamanda, Danimarkada Xocalı soyqırımı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında məlumatlar da bu ölkənin ictimaiyyəti arasında yayılır. AZƏRTAC-ın belə tədbirlərdə iştirak etməsi də dövlətin bu istiqamətdə son illər apardığı uğurlu təbliğat işinə bir töhfə verməkdir. Bu sahədə əldə edilən uğurlar isə təbii ki, Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi sayəsindədir.

AZƏRTAC bu layihələri həyata keçirməklə həm ölkəmizin xaricdə tanıdılması işinə töhfə verir, eyni zamanda, öz resursları ilə bu haqda müxtəlif dillərdə informasiya yayımını təmin edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycanın dünyada geniş təbliğidir ki, agentlik də bu işdə fəal çalışır və bundan sonra da belə layihələrini davam etdirəcəkdir.

Aygün Həsənova

Elşən Şahbalayev

AZƏRTAC-ın müxbirləri

Bakı-Kopenhagen-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb