“Azəryol” həndbol komandası “Qarabağ”ı çətinliklə məğlub edib
Bakı, 18 mart, AZƏRTAC
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar keçirilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, qızıl medallara namizədlərdən sayılan “Azəryol” bu dəfə “Qarabağ” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsinin sonunda “Azəryol” komandası azarkeşlərini sevindirməyi bacarıb - 26:23.
“Gənclər Birliyi”ni sınağa çəkən turnir cədvəlinin lideri “Azərsu” isə böyük hesabla (49:23) qələbə qazanıb.
Hazırda hər birinin 32 xalı olan “Azərsu” və “Azəryol” komandaları 1-2-ci yerləri bölüşdürürlər. Bir oyun az keçirən “Azərsu” ilk pillədədir. Üçüncü pillədə yer alan “Qarabağ”ın 16 xalı var. Yeddi xalı olan “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-5-ci pillələrdə qərarlaşıblar. Autsayder “Gənclər Birliyi”nin aktivində xal yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]