“Azəryolservis” ASC-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 21 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq “Azəryolservis” ASC-nin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla anılıb, ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin məzarları üzərinə matəm musiqisinin sədaları altında güllər düzülüb, şəhidlərə Allahdan rəhmət dilənib.