“Azexport.az” portalına daxil olan ixrac sifarişləri 26,4 faiz artıb
Bakı, 31 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul ayları ərzində “Azexport.az” portalına 374,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadla xəbər verir ki, iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 55 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 26,4 faiz artıb.
2017-ci ilin yanvar ayından cari il iyulun 31-nə kimi (43 ay ərzində) “Azexport.az” portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 959,3 milyon dollar təşkil edib.