“AZNEFTKİMYAMAŞ”IN İXRAC ETDİYİ MƏHSULLARIN DƏYƏRİ 6 MİLYARD MANATDAN ARTIQDIR
“Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin 17 müəssisəsi cari ilin aprel ayında 6 milyard 412,1 milyon manatlıq müxtəlif çeşiddə neft-mədən avadanlığı ixrac etmişdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, yanvar-aprel aylarında müəssisələr tərəfindən 25 milyard 677 milyon manatlıq məhsul ixrac olunmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 179,5 milyon manatlıq çoxdur.
İxrac məhsulları, əsasən Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, İtaliya, Vyetnam və Bolqarıstanın neft regionlarına göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]