AzQAC-ın göndərdiyi ərzaq yükü 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Ağdam, 9 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını 12 gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər. Onlar ərzaq yükünü Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsili sakinlərinə çatdırmaqda israrlıdırlar.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:26]
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]
Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq
- 30.09.2026 [01:03]
Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb
- 29.09.2026 [20:54]