AZTƏMİNATLI AİLƏLƏRƏ MADDİ YARDIM GÖSTƏRİLİR
Nərimanov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin III rübü ərzində müxtəlif məqsədlər, o cümlədən aztəminatlı vətəndaşlara (şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, Böyük Vətən müharibəsi veteranları, tənha və kimsəsizlər, Çernobıl əlilləri və s.) yardım üçün büdcədənkənar fonddan 53,8 milyon manat vəsait xərclənmişdir.