Bahar Muradova: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dönəmində öz vəzifəsinə böyük məsuliyyətlə yanaşıb
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dönəmində öz vəzifəsinə böyük məsuliyyətlə yanaşıb, çoxsaylı üzvü olan çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi üçün lazım olan bütün addımları atıb. Bu işlər artıq öz töhfəsini verməkdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.
Komitə sədri bildirib ki, bu tədbir qadın məsələlərinin beynəlxalq miqyasda yenidən gündəmə gətirilməsinə, onların hüquqlarının artırılması, səlahiyyətləndirilməsi məsələsinə böyük töhfə kimi qəbul oluna bilər. Qoşulmama Hərəkatının üzvləri olan ölkələrdə bu məsələlərə çox böyük önəm verildiyini deyən B.Muradova qeyd edib: “Konfransda bütün ölkələrin bu istiqamətdə qazandığı təcrübə, eyni zamanda, üzləşdikləri çətinliklər müzakirə mövzusudur. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi uğurlu haldır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın həyata keçirdiyi bütün təşəbbüslər, qlobal ideyalar növbəti sədrlər üçün çox önəmli bir mirasdır. Biz inanırıq ki, onlar bu mirasa sahib çıxaraq bu işləri davam etdirəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:13]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:05]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi olub
- 16.06.2026 [16:58]
FHN Muğan regionunda taktiki-xüsusi təlim təşkil edib
- 16.06.2026 [16:52]
Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib
- 16.06.2026 [16:46]
AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
- 16.06.2026 [16:20]