Bahar Muradova: Bu il cəmi dörd nəfər sığınacağa yerləşdirilib
Bakı, 19 iyul, AZƏRTAC
Komitə tərəfindən 2022-ci ildə 46 mühafizə orderi verildiyi halda 2023-cü ilin ilk 6 ayında bunların sayı 40 olub. Ötən müddətdə sığınacağa yerləşdirilənlərin sayı kifayət qədər azalıb və onların sayı cəmi 4 nəfərdir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu fikirləri iyulun 19-da komitənin cari ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransı zamanı səsləndirib.
O diqqətə çatdırıb ki, ötən altı ayda qadın və gender məsələləri üzrə bir layihə reallaşdırılıb, 1056 nəfərin iştirakı ilə 9 təlim təşkil edilib.
Bahar Muradovanın sözlərinə görə, 2023-cü ilin birinci yarım ili ərzində erkən nikahla bağlı 20 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edilib və 17 erkən nikahın qarşısı alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]
Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar
- 16.06.2026 [11:22]