“Bakı 2019”un ikinci günündə mübarizə aparacaq güləşçilərimizin rəqibləri müəyyənləşib
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə qarşılaşacaq güləşçilər arasında püşk atılıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışların ikinci günündə yeddi çəki dərəcəsində (4 oğlan və 3 qız) mübarizə aparılacaq.
Püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda Azərbaycan güləşçilərindən Mircavad Nəbiyev (48 kq) rusiyalı Maqomedamin Bekbulatov, Sabir Cəfərov (60 kq) macarıstanlı Marsel Deli ilə qarşılaşacaqlar.
Yunan-Roma güləşi yarışlarında səkkizdəbir finalda Qurban Qurbanov (48 kq) polşalı Kasper Karaskieviç, Həsrət Cəfərov (60 kq) isə litvalı Donatas Rindeikis ilə güclərini sınayacaqlar.
Qadın güləşində isə səkkizdəbir finalda Gültəkin Şirinova (46 kq) finlandiyalı Yutta Ala-Ranta, Mərziyə Sadıqova (61 kq) ukraynalı Manola Skobelska, dörddəbir finalda isə Lalə Mirzəyeva (49 kq) moldovalı Mihaela Samoil ilə üz-üzə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]