Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin edilir
Bakı, 11 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 və 19 mart tarixlərində əlavə reys təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, 08:45-də yola düşən ikinci qatar isə saat 13:40-da mənzilbaşına çatacaq.
Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, müvafiq qaydada təmin ediləcək.
Xatırladaq ki, Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100km/saat təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]