Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Ali Neft Məktəbində “Postpandemiya dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar

Bakı Ali Neft Məktəbində “Postpandemiya dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi (BANM) və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Postpandemiya dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, vebinara Türkiyə, Rumıniya, Bolqarıstan, Yunanıstan, Ukrayna, Gürcüstan və Albaniyadan müxtəlif universitetlərin professor-müəllim heyəti ilə yanaşı, 300-dək iştirakçı qatılıb.

Açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, koronavirus pandemiyası dönəminə adaptasiya məcburiyyəti ilə yanaşı, rəqəmsal texnologiyaların tətbiqinə, proqram təminatlarının alınmasına əlavə vəsaitlər cəlb olundu. Onun sözlərinə görə, böyük psixoloji sədlər aradan qaldırıldı, mübadilə proqramlarının, beynəlxalq elmi konfransların təşkili dayandırıldı.

“Müəllimlərin, təhsil menecerlərinin fədakar əməyi nəticəsində ümumilikdə bu dönəmi təhsil üçün uğurlu adlandırmaq olar. Çünki təhsilin fasiləsizliyi təmin olundu. Hesab edirəm ki, tədris prosesinin, laboratoriya dərslərinin, imtahanların vəziyyəti müzakirə olunmalıdır. İlk növbədə, texniki problemlər aradan qaldırılmalı, tələbə və müəllimlər texniki vasitələrlə, psixoloji xidmətlərlə təmin olunmalıdır. Məlumdur ki, bu gün onlayn təhsil ənənəvi təhsil üçün alternativ platformaya çevrilib. Bu isə klassik universitetlər üçün rəqabət yaradır”, - deyə rektor bildirib.

E.Qasımov postpandemiya dönəmində təhsilverənlər və təhsilalanlarla yanaşı, işəgötürənlərin də müasir texnoloji vərdişlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb. O, müasir dövrün çağırışlarının bunu diktə etdiyini deyib.

Təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, hazırda bütün dünyada ciddi bir qeyri-müəyyənlik hökm sürsə də, təhsil davam etdirilməlidir. O deyib: “Biz insan kapitalının inkişafını bu dövrdə dayandıra bilmərik. Şəraitə tez uyğunlaşan sistemlər bu şəraitdə daha çox öyrənə bilər. Təhsil Nazirliyi tərəfindən pandemiya dönəmində 1 milyondan çox şagirdin, 100 mindən çox müəllimin vahid elektron platformada iştirakı təmin olunub. Bir həftə ərzində təşkil olunan onlayn sessiyaların sayı 6 milyondan çox olub. Sözümün mahiyyəti odur ki, pandemiya bizə həm də yeni imkanlar açır”.

Nazir qeyd edib ki, bu dövrdə təhsilin fundamental məqsəd və vəzifələrinin dəyişməməsi ən vacib məsələlərdəndir. “Təhsilin əlçatan olması, bərabər imkanlar təqdim etməsi, şəraitdən asılı olmayaraq, Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. Bacardıqca keyfiyyətli təhsili təmin etməliyik. Ali təhsil kifayət qədər tənzimlənən bir sahədir. Həm dövlət sifarişidir, həm dövlət təqaüdlərinin, o cümlədən ali təhsil müəssisələrinin akkreditasiyası, yerlərin müəyyən edilməsi, hibrid proqramlarla ənənəvi proqramlar arasındakı fərqlər baxımından məsələlərə əsaslı yenidən baxmaq və təhlil etmək sualını qarşımıza qoyur. Biz müəyyən etməliyik ki, pandemiya dönəmində hansı həcmdə öyrənilmə itirilib. İtirmişikmi, itirmişiksə həcmi nə qədərdir və necə bərpa edə bilərik? kimi suallar ətrafında düşünmək lazımdır. Önümüzdə çoxlu tədqiqat sualları var”.

Postpandemiya dönəmində distant təhsilə keçidlə bağlı sualın da çoxlarını düşündürdüyünü bildirən E.Əmrullayev qeyd edib ki, distant təhsil olduqca vacib fenomendir, amma hər kəsi daha çox təhsilin məzmununun hansı istiqamətdə dəyişəcəyi sualı düşündürməlidir. Çünki pandemiya şəraiti əvvəllər zəruri hesab edilən bacarıqlar toplusunun da yenilənməsinin vacibliyini göstərdi.

O vurğulayıb ki, ali təhsilin maliyyələşdirilməsi və ümumi idarə edilməsi məsələsi gündəmə gəlməlidir: “Ölkənin ali təhsil sistemi kifayət qədər tənzimlənən sahədir. Tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlarla üz-üzəyik. Qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanları olacaq”.

Nazir tələbələrin sosial-psixoloji rifah məsələsinin də vacib olduğunu və tamamilə yeni sosial-ünsiyyət, sosial-əməkdaşlıq mühitinə qədəm qoyulduğunu qeyd edib. Vurğulayıb ki, ona görə də tələbələrin sosial-psixoloji durumu ilə öyrənmə potensialının kəsişməsi məsələsinə baxılmalıdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, distant təhsilin tətbiqi təmin edilməlidir. Yeni texnologiyaların bütün sahələrdə olduğu kimi təhsildə də tətbiqi qaçılmazdır.

“Distant təhsilin tətbiq edilib-edilməməsi müzakirə predmetinə çevrilməməlidir. Bizi distant təhsilin keyfiyyəti düşündürməlidir. Çünki bu, artıq reallıqdır. Amma distant təhsil tədrisin inkişafı baxımından faydalı olsa da, universitetlərin inkişafı baxımından ciddi çağırışlar yaradır. Belə ki, distant təhsil, ilk növbədə, elmi tədqiqatların əhəmiyyətini bir növ arxa plana keçirdi, sanki universitetlər XVIII əsr modelinə qayıtdı. Düşünürəm ki, distant təhsilə adekvat tədqiqat və sahibkarlıq universitetinin modeli postpandemiya dövründə həllini gözləyən problemlərdən biridir”, - deyə Ə.Muradov bildirib.

Rektor onlayn kursların milli ali təhsil sisteminə adaptasiya edilməsinin zəruriliyini qeyd edərək bu kursların gənclərin xaricdə təhsil almaq istəklərinə də maneə yaratmamasını diqqətə çatdırıb.

Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut da pandemiya dövründə təhsilin fasiləsizliyinin və davamlılığının təmini üçün mümkün imkanlardan istifadə olunmasının, bütün maddi və mənəvi resursların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

“Yeni növ koronavirus pandemiyası distant təhsili aktuallaşdıraraq qısa zamanda elektron kütləvi informasiya vasitələri və internet üzərindən layihələrin reallaşdırılmasını labüd etdi. Qara Dəniz Universitetlər Şəbəkəsi olaraq biz bu tendensiya ilə ayaqlaşmağa çalışırıq”, - deyə E.Mamut əlavə edib.

Panel məruzəçiləri qismində UNICA-nın prezidenti, professor Luciano Saso, Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti, professor Perikles A.Mitkas, Rumıniyanın Ploiesti Neft-Qaz Universitetinin professoru Florinel Dinu, Varna Tibb Universitetinin professoru Todorka Kostadinova təqdimatla çıxış ediblər.

Çıxışçılar ənənəvi tədrisin hazırda mümkünsüzlüyünün bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsir göstərdiyinə, təhsil sferasında müəyyən problemlər yaratmasına toxunub, eyni zamanda, distant təhsilin yaratdığı imkanlardan danışıblar. Həmçinin distant təhsildən istifadə, onun qaydaları və səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil