BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 600 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4927 manata bərabər idi. Təklif 551 min dollar, tələb isə 600 min dollar olmuş və manatın məzənnəsi 1 bənd düşərək, 1 dollar üçün 4928 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4928 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 1 milyon 178 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 5,805 milyarddır. Bir əqdə, orta hesabla, 294 500 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər tərəfindən USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,171 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 14-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.