BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4928 manat olmuş və hərracların yekunlarına görə dəyişməz qalmışdır. Təklif və tələb 500 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4928 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 2 milyon 383 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 11,743 milyarddır. Bir əqdə, orta hesabla, 238.300 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər tərəfindən USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 170,97 manat hesabı ilə, ümumən, 576 min rubl məbləğində əqd bağlanmışdır.
Banklar AVR/AZM alətləri üzrə BEST-ə sifarişlər verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,171 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 15-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.