BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4934 manat olmuşdur. Təklif 500 min dollar və tələb 455 min dollar səviyyəsində olmuş, manatın məzənnəsi 2 bənd qalxaraq, 1 dollar üçün 4932 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4933 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 2 milyon 730 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 13,467 milyarddır. Bir əqdə, orta hesabla, 455 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 173,38 manat məzənnəsi ilə üst-üstə, 650 min rubl məbləğində əqd bağlanmışdır.
Banklar BEST-də AVR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 7,973 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 30-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.