BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4926 manata bərabər idi. Təklif və tələb 100 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4925,18 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 7 milyon 291 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 35,909 milyarddır. Bir əqdə, orta hesabla, 911 375 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RURAZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 8,926 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Martın 22-də birjada bankalr arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]