BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 350 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4909 manata bərabər olmuşdur. Təklif 1 milyon 200 min dollar və tələb 1 milyon 350 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4910 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4908 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 3 milyon dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 14,724 milyarddır.
BEST-də USD/AZM T+1 aləti üzrə 80 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 392,800 milyondur. Manatın məzənnəsi 1 dollar üçün 4910 manat olmuşdur. Bir əqdə, orta hesabla, 80 min dollar düşmüşdür.
Tələbat olmadığından dilerlər USD/AZM T+2 aləti üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 38,825 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 31-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.