BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4904 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Tələb və təklif 500 min dollar təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4906 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 1 milyon 289 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 6,324 milyarddır. Bir əqdə, orta hesabla, 214833 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,120 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyunun 23-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]