“Bakı” basketbol klubu Gürcüstan çempionatında növbəti oyunlarını keçirib
Bakı, 6 dekabr, AZƏRTAC
On səkkiz yaşadək basketbolçular arasında Gürcüstan çempionatında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatda iştirak edən və əsasən U-16 millimizin üzvlərindən ibarət “Bakı” klubu “Zaza-1” komandası ilə görüşdə 38:55 hesabı ilə uduzub. “Gori” komandası ilə qarşılaşma daha gərgin keçib. Sonadək bərabər səviyyədə keçən oyunda Gürcüstan təmsilçisi qalib gəlib - 59:52.
Qeyd edək ki, “Bakı” çempionatda keçirdiyi 5 oyunun ikisində qalib gəlib və hazırda hesabında 7 xalı var. Təmsilçimiz ilk mərhələdə sonuncu görüşünü dekabrın 9-da “Kutaisi” komandasına qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]