BAKI BİZNES MƏRKƏZİNDƏ LAYİHƏNİN İDARƏ OLUNMASI ÜZRƏ MƏŞĞƏLƏLƏR KEÇİRİLƏCƏK
Təhsil-Məsləhət Mərkəzi Bakı Biznes Mərkəzində layihənin idarə olunması üzrə məşğələlər keçirəcəkdir. Respublika Layihələri İdarəetmə Assosiasiyasının dəstəyi ilə təşkil olunan məşğələlərdən məqsəd onun iştirakçılarını layihənin hazırlanma üsulunun əsasları, layihə ilə bağlı sənədləşdirmənin tələbləri və büdcəsinin formalaşdırılması şərtləri ilə tanış etməkdir.
Məşğələlərdə biznes bölməsinin mütəxəssisləri, şirkətlərin başçıları, dövlət və qeyri-hökumət təşkilatlarının yüksək peşəkar və orta səviyyəli menecerləri, tələbə və müəllimlər iştirak edə bilərlər.
Məşğələlər başa çatandan sonra onun iştirakçılarına sertifikatlar təqdim olunacaqdır.