Bakı Dövlət Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Bakı Dövlət Universitetində (BDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov 1918-1920-ci illərdə bədnam ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada törətdikləri qanlı hadisələrdən danışmışdır. Bildirmişdir ki, qəsbkar düşmən xalqımıza qarşı dəhşətli soyqırımı həyata keçirmiş, on minlərlə azərbaycanlını amansızcasına qətlə yetirmişdir. Düşmənin məqsədi qanlı qırğınlar törətməklə Azərbaycanı, türk-müsəlman əhalisini məhv etmək olmuşdur.
Rektor ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının əhəmiyyətini vurğulamışdır.
Akademik A.Məhərrəmov ermənilərin “böyük Ermənistan” yaratmaq xülyası ilə bu gün də qəsbkarlıq siyasəti apararaq torpaqlarımızın 20 faizini işğal etdiklərini söyləmişdir. İşğal olunmuş şəhər və rayonlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə əminliyini bildirən rektor gəncləri vətənpərvərliyə çağırmışdır.
Çıxış edən tələbələr də ermənilərin torpaqlarımızda törətdikləri qanlı faciələrdən danışmış, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulamışlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]