Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Dövlət Universitetinin müəllimləri onlayn tədrisin təşkilindən danışıblar

Bakı, 9 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) müəllimləri şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Qələbə və tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması münasibətilə universitet kollektivini və xalqımızı təbrik edib.

AZƏRTAC BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə istinadla müəllimlərin distant təhsilin təşkili, yeni tədris formasında qarşılaşdıqları məqamlar haqqında fikir və mülahizələrini təqdim edir.

Müəllimlər Bakı Dövlət Universitetində cari tədris ili, tələbələrin yeni forma və metodlarla tədrisə cəlb olunması, yeni təlim texnologiyaları, bu günün tələblərini ödəyən yeni məzmunda ədəbiyyat materiallarının istifadəsi və təmin edilmiş texniki dəstəklə uğurla davam etdiyini bildirirlər. I kurs tələbələri də daxil olmaqla bütün tədris pillələrində və kurslarında akademik təqvim planı distant formada "Microsoft Teams" platforması üzərindən ənənəvi dərs cədvəlinə uyğun olaraq həyata keçirilir.

Hüquq fakültəsinin müəllimi Samirə Eyvazova: “Onlayn təhsil sisteminə keçid təhsil sahəsində çalışanlar, eləcə də təhsil alanlar qarşısında yeni imkanlar və fürsətlər yaratdı. Distant təhsilə keçid etməklə hər an öyrənmək fürsəti yarandı. Təhsil yerinə çatmağa, ordan qayıtmağa sərf edəcəyimiz zamanı təhsilə, əlavə nəsə öyrənməyə sərf etmək olur. Tələbə öyrənmə qabiliyyətini özü müəyyən edə bilir, yəni başa düşmədiyi, yaxşı dinləyə bilmədiyi mövzuya yenidən baxmaq şansı var. Tələbə və müəllim arasında onlayn ünsiyyətin təşkili, tədris materiallarının onlayn əlçatanlığı təhsilin moblliyinə təkan verir. Məsafədən təhsilin təşkilində tələbədən güclü motivasiya hissi və özü öyrənmə qabiliyyətini artırmaq tələb olunur. Tələbələrin inkişafına dəstək məqsədilə dərsdən əlavə tələbələrin üzərində işləyə biləcəyi mövzular müəyyənləşdirirəm. Mövzuların tələbənin maraq dairəsinə, gələcəkdə seçə biləcəyi iş istiqamətlərinə uyğun olmasına səy göstərirəm. Növbəti dərs zamanı mövzuları ümumi müzakirəyə çıxarır, bütün tələbələrin diskussiyaya cəlb olunmasına çalışıram. Bakı Dövlət Universitetində distant təhsilin təşkili zamanı tələbələrin maraqları və qayğıları əsas prioritet məsələdir. Biz müəllimlər də daim çalışırıq ki, ölkəmizin rifahı, gələcəyi və tələbələrin dövlətimizə potensial kadr kimi hazırlanmasında bütün imkanlarımızı istifadə edək”.

Fizika fakültəsinin müəllimi Zöhrab Ağamalıyev: “Hər bir tədris ilinə hazırlıq, adətən, dərs yüklərinin bölünməsi, cədvəllərin təşkili, tədris vəsaitlərinin, tapşırıqların hazırlanması və digər vacib məsələlərlə bağlı olur. Lakin bu il COVID-19 infeksiyasının yayılması tək elm və təhsil sahəsi deyil, həm də digər sahələrdə ümumiyyətlə bütün dünya, eləcə də ölkəmiz üçün böyük sınağa çevrildi. Bildiyiniz kimi, virusun əsas hücumu gözlənilməz olaraq 2019/2020-ci tədris ilinin ikinci yarımilliyinə düşdüyü üçün problemlər yaratdı və əgər əvvəllər distant təhsil, əsasən ali təhsil müəssisələri üçün aktual idisə, bu dəfə məcburiyyət qarşısında təhsilin bütün səviyyələrində bu proses çox tez bir zamanda təşkil olunmalı idi. Bakı Dövlət Universitetində onlayn dərslərin təşkili “Microsoft Teams” platforması üzərindən keçirilir və bütün BDU kollektivinin bir onlayn məkanda tədrisə cəlb olunması sayəsində tələbələrimizin istər administrativ, istərsə də professor-müəllim heyəti ilə əlaqəsi baxımından heç bir çətinliyi yoxdur və əlavə təhsil almaq istəyən tələbəyə dərsdən kənar vaxtda da biz kömək etməyə hazırıq. Cari tədris ilində mühazirə mətnləri daha müasir, sənayenin bütün sahələrində bu günün tələbatını ödəyə biləcək, tətbiqini tapacaq yanaşmaları, yenilikləri, son kəşfləri əks etdirən materialları, mənbələri özündə birləşdirir. Tələbələrimizin öyrənmək və təhsil almaq arzusu böyükdür, bunun üçün səylə çalışdıqlarının və təhsilə böyük maraq göstərdiklərinin şahidi oluruq. Onların arasında bir çoxları seçdikləri istiqamətdə böyük nailiyyətlər qazanacaqlar. İstehsalat təcrübələri zamanı müxtəlif sənaye nümayəndələri ilə görüşərək sahələrdə real problemləri görmək, müzakirə etmək, bəzən sadə, bəzən çox mürəkkəb həll yollarını araşdırmaq ixtisaslaşan fizik üçün əvəzsiz bir məktəbdir. Son illər sənayedə istehsalat proseslərinin əksəriyyəti avtomatlaşdırılıb və bu cür sistemlərin idarə olunması, dəqiq və keyfiyyətli nəticələrin əldə edilməsi onu işlədən mütəxəssislərdən geniş intervalda biliklər, avadanlıqla yüksək səviyyədə istifadə bacarığı tələb edir. Biz tək BDU-da deyil, bütün ali təhsil müəssisələrimizdə maddi-texniki bazanı gücləndirib, gənc nəslimizin nümayəndələrinə mühəndisliyi, materialşünaslığı aşılayıb, DATA analitikası və süni intellekt əsasında işləyən yeni nəsil avadanlıqlarla əyani olaraq göstərməliyik. Distant təhsilin üstün cəhətlərindən çox danışmaq olar və şəxsən mənim üçün vaciblərdən biri - dünya elminin və təhsilin hər bir tələbə üçün açıq olmasıdır. Hər birimiz dünyanın aparıcı universitetləri ilə, orada çalışan ən tanınmış mütəxəssisləri ilə əlaqə yaradıb müəyyən biliklər əldə edə bilərik. Mövzu, istiqamət seçimində azadlıq, mənbə və həcm baxımından sərbəstlik bizə böyük imkanlar açır. Maraqlısı budur ki, fizika nə qədər dəqiq elm olsa da, fərqli düşünmədən, yeni yanaşmaları tətbiq etmədən burada uğur qazanmaq olduqca çətindir. Mən hər bir tələbəni elmə, biliyə, savada, əzmkarlıqla çalışmağa, məsuliyyətə və bunların cəmi kimi vətənpərvərliyə çağırıram. Son günlərdə yaşadığımız Qələbə sevinci bizi də bütün azərbaycanlılar kimi ürəkdən sevindirir, Vətənimizin bütövlüyü və tarixi torpaqlarımızın işğaldan azad olunması münasibətilə hər kəsi ürəkdən təbrik edirəm”.

Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Cəmilə Səfərova: “Cari tədris ilində pandemiya ilə əlaqədar onlayn tədris prosesinə davam edirik. Bu, hər nə qədər bizi məyus etsə də, heç bir halda həvəsdən sala bilməz. Hər il olduğu kimi, bu il də tələbələrimizə maksimum innovativ bilik, maksimum yeni informasiya ötürməyə hazırıq. Düşünürəm ki, bugünkü texnoloji imkanlar, təhsil sistemində təsis edilmiş platforma kurs proqramını tələbələrə tədris etmək üçün qənaətbəxşdir. Əlimizdə olan resurslardan və şəraitdən maksimum yararlanıb tələbələrimizi mümkün olduğu qədər bilikləndirməyə çalışırıq. Eyni zamanda, prosesin səmərəliliyini artırmaq üçün müxtəlif beynəlxalq təcrübələri araşdırır, distant təhsil üçün daha uğurlu olan pedaqoji metodları tətbiq edirik. Ənənəvi təhsilin alternativi kimi, distant təhsilin əhəmiyyəti çox böyükdür. Distant təhsilin üstünlüklərindən biri vaxt itkisinin qarşısını alınmasını nümunə kimi göstərmək olar. Buna baxmayaraq, insan sosial varlıq olduğu üçün, ənənəvi təhsilin yeri əvəzolunmazdır. Çünki tələbələrin və müəllimlərin təhsil müəssisəsi daxilində bir-biriləri ilə yaratdığı informasiya və enerji mübadiləsi, sosiallaşma təhsilin keyfiyyətinə və tələbələrin faydalı iş əmsalına birbaşa təsir edir. Bu şəkildə əldə edilmiş biliklər daha uzunmüddətli, effektiv və produktivdir. Ümid edək ki, hazırkı pandemik vəziyyət tezliklə sona çatar və tədris prosesi hər zamankı vəziyyətinə qayıdar. Ancaq indiki vəziyyətdə distant təhsilə yönəlib, hər birimiz bu prosesdən maksimum faydalanmaq üçün əlimizdən gələni etməli və Azərbaycan təhsil bazasının onlayn resurslarını zənginləşdirməliyik. Məqsədimiz yeni nəsli bu çətin şəraitə baxmayaraq, dövlətimizə və xalqımıza layiqli və bilikli mütəxəssis kimi yetişdirməkdir. Hər kəsə, xüsusən də, sevimli tələbələrimizə bu məsuliyyətli yolda uğurlar diləyirik”.

Biologiya fakültəsinin müəllimi Nigar Həsənova: “Düşünürəm ki, təhsildə maraqlı olan hər bir ali məktəb tələbəsi üçün distant təhsil müasir dövrün optimal seçimlərindən biridir. Əlbəttə ki, gənclərin bu tədrisi keyfiyyətli şəkildə ala bilməsi üçün lazım olan minimal ehtiyacların ödənildiyi təqdirdə distant təhsildə də uğur qazanmaq mümkündür. Texniki imkanlarla təmin olunmuş müəllim-tələbə arasında biliklərin normal və distant şəkildə keyfiyyətli şəkildə ötürülməsində bir qüsur görmürəm. Müasir dövrdə elm çox sürətlə inkişaf edir və dəyişir. Onlayn qatıldığım Harvard Tibb Məktəbinin biokimya üzrə təşkil olunmuş kurslarda yeni biliklər əldə etdim. Mən bir nümunə kimi tələbələri əmin edə bilərəm ki, distant olaraq çox keyfiyyətli təhsil almaq, beynəlxalq sertifikatlar qazanmaq və yüksək tədris göstəriciləri əldə etmək mümkündür, üstəlik heç bir coğrafi məkan və zaman asılılığı olmadan. Məsələn, dinamik və statik biokimyanın tədrisi zamanı tələbələrə reaksiyaların yazılı şəkildə təqdiminin mütləq olduğunu düşünürəm. Düşünürəm ki, qrafik planşetlərin distant təhsildə əhəmiyyəti çoxdur. Virtual laboratoriyaların təşkili tələbənin qarşısında yeni imkanlar və təcrübələr qazandıracaq. Fikrimcə, distant təhsil coğrafi məkan və zaman asılılığının olmaması ilə ənənəvi təhsildən fərqlənir. Hər bir dərs onlayn olaraq qeyd olunur və videomaterial şəklində şəbəkəyə yüklənir. Tələbə fiks saatda iştirak edə bilmədiyi dərsi video ilə yenidən dinləyə bilər və yaranan sualları yazılı surətdə müəllimə yönləndirə bilər. “Microsoft Teams” platformasının imkanları genişdir, təhsilin standartlarının dəyişməsində və inkişafında kompleks baza rolunu oynayır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH