Bakı güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək
Bakı, 5 aprel, AZƏRTAC
Dünya Güləş Birliyi (UWW) 2023-cü ildə keçiriləcək böyüklər arasında Avropa çempionatına və 2024-cü ildə təşkil olunacaq U-23 Avropa çempionatına ev sahibliyi edəcək şəhərləri açıqlayıb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, UWW-nin İcraiyyə Komitəsinin martın 2-də qəbul etdiyi qərarlar qüvvəyə minib. Gələn il aprelin 17-dən 23-dək qitə birinciliyi Zaqrebdə keçiriləcək. Xorvatiyanın paytaxtı ilk dəfə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.
UWW-nin prezidenti Nenad Laloviç qurumun rəsmi saytına verdiyi açıqlamada Xorvatiya Güləş Federasiyasını etibarlı tərəfdaş adlandırıb və Zaqrebin yarış təcrübəsinin zəngin olduğunu bildirib.
2024-cü ildə isə güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək.
“Bakının bu yarışa ev sahibliyi etməsi gələcəkdə beynəlxalq turnirlərin Azərbaycana qayıdacağından xəbər verir. Bakıda bu il yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Bu siyahıya U-23 Avropa çempionatının əlavə edilməsi onların təşkil etmək istədikləri böyük yarışların sayını artırır”, - deyə Nenad Laloviçi bildirib.
Qeyd olunub ki, Bakıda keçiriləcək U-23 Avropa çempionatı 2024-cü il aprelin 8-dən 14-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]