Bakı ilə İrəvan arasında sülh prosesi Türkiyə Milli Təhlükəsizlik Şurasının gündəliyində
Ankara, 25 iyul, AZƏRTAC
Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) cümə axşamı, iyulun 25-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında iştirakçılar geniş spektrli regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, MTŞ-nin ilin əvvəlindən dördüncü iclasının gündəliyində duran məsələlərdən biri də Azərbaycan ilə Ermənistan arasında sülh prosesidir.
Həmçinin Kiprdəki proseslərin və Ankara ilə Afina arasındakı münasibətlərin müzakirəsi planlaşdırılır.
Qonşu Suriyada uzunmüddətli sülh və sabitlik mövzusuna xüsusi diqqət yetiriləcək. Dəməşq administrasiyası ilə diplomatik əlaqələrin bərpası ehtimalı ilə bağlı fikir mübadiləsi aparılacaq, Türkiyə-Suriya dialoqu üçün yol xəritəsi müzakirə olunacaq.
MTŞ üzvləri, həmçinin İraqda terrorizmlə mübarizə mövzusunu nəzərdən keçirəcəklər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]