Bakı İstedadlar Təhsil Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Azadlıq naminə” adlı tədbir keçirilib.
Kompleksdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BİTK-in yuxarı sinif şagirdləri Qanlı Yanvara həsr olunan şeirlər söyləyib, musiqi parçaları ifa ediblər. Məktəblilər çıxışlarında irqindən, dilindən, dinindən asılı olmayaraq bütün insanları sülhə səsləyiblər.
Tədbirdə Azərbaycan Radiosunun diktoru, Əməkdar Artist Eldost Bayram və Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Əlfayim Əziz 20 Yanvar faciəsinin dəhşətlərindən söz açıb, şagirdlərə bu faciəni unutmamağı, Vətənin azadlıq və müstəqilliyini qorumağı tövsiyə ediblər.