Bakı Marşal Klubunun rəhbər marşallarının növbəti görüşü keçirilib
Bakı, 1 aprel, AZƏRTAC
Bakı Marşal Klubunun rəhbər marşalları yenidən bir araya gəliblər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, BŞH-nin nəzdində fəaliyyət göstərən klub üzvləri növbəti görüşdə ötənilki yarışın nəticələri, marşallar üçün təlim planı, həmçinin, Formula 1 üzrə dünya çempionatının 2022-ci il mövsümünün reqlamentindəki dəyişiklikləri müzakirə ediblər. Yüzə yaxın rəhbər marşalın iştirak etdiyi tədbirdə bildirilib ki, 2016-cı ildə “yarış rəsmiləri” üçün təlimləri xarici rəhbər marşallar keçirirdilərsə, 2017-ci ildən etibarən belə təlimlər peşəkar yerli rəhbər marşallar tərəfindən aparılır. Son altı il ərzində marşallar üçün yaradılmış təlim və kommunikasiya sistemi Formula 1 Azərbaycan Qran-Prisinin mütəşəkkil təşkili üçün öz töhfəsini verməkdədir. İyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində 1400 marşal iştirak edəcək ki, onlardan 100 nəfəri xarici vətəndaşlardır.
Qeyd edək ki, Bakı Marşal Klubu 2016-cı ildən etibarən fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]