Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakı Metropoliteni” QSC-nin təsis edilməsindən 7 il ötür

Bakı, 27 fevral, AZƏRTAC

Bakı Metropoliteninin tarixində elə hadisələr var ki, onlar müəssisənin yarıməsrlik taleyinin əsas məqamlarını özündə ehtiva edir, yeraltı yolların inkişafı ilə bağlı dəqiq hədəfləri, tərəqqi istiqamətlərini, iritutumlu nailiyyətləri yaşadır. Belə tarixi günlərdən biri də 27 fevraldır. Yeddi il bundan öncə fevral ayının bu tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, tarixi prizmada 7 il çox kiçik müddətdir. Amma bu illərin paytaxtın mürəkkəb bir nəqliyyat sisteminin həyatına gətirdiyi yeniliklərinin xüsusi çəkisini nəzərdən keçirdikdə, qısa zaman çərçivəsinin darlığı müqabilində metroda görülən işlərin həcminə, miqyasına təəccüblənməmək mümkün deyil. Bu işləri bütünlüklə əhatə etmək, onlar barədə ayrı-ayrılıqda məlumat vermək niyyətimiz olmasa da, 7 ili dəyərləndirən, yeraltı yollarımızın inkişafında təkanverici rol oynayan əsas məqamları həmin tarixi günün ildönümündə qeyd etmədən ötüşmək olmaz.

İlk növbədə, diqqəti metrodakı bu islahatın əsas məqsədinə yönəltmək lazımdır. Cəmiyyətdə iqtisadi gerçəkliyin yenidən qurulması hər şeydən əvvəl yeni reallıqların tətbiqindən başlanır. 2014-cü ilin əvvəlindən Bakı Metropolitenində gerçəkləşdirilən korporativ islahatların məqsədi bu infrastruktura müasir dövrün texnoloji yeniliklərini, iqtisadi münasibətlərdə tətbiq edilən dünya standartlarını, mütərəqqi korporativ idarəçilik metodlarını gətirməklə ən yüksək tələblərə cavab verən və dünyanın inkişaf etmiş ölkələrinin metropolitenlərinə nümunə ola biləcək bir ictimai nəqliyyatın formalaşdırılmasına nail olmaq idi.

Gözlənilən nəticələrin ilk cücərtiləri QSC-nin fəaliyyətinin bir ili tamam olmamış özünü büruzə verdi. Vaqonların təmir keyfiyyətinin yüksəldilməsi qatarların nasazlıq səbəbindən depoya plandankənar qayıtma hallarının sayını kəskin şəkildə aşağı saldı. Belə bir nəticənin əldə edilməsini təmin edən amillərdən biri də deponun təmir sexlərində əmək şəraitinin yaxşılaşdırılması, istehsalat sahələrinin yenidən qurulması, müasir avadanlıqlarla təminat, işçilərin sosial problemlərinə diqqətin artırılması idi.

Bu işlər vaqonların əsaslı təmir həcminin yerli şəraitdə təşkili üzrə tədbirlərin həyata keçirilməsi ilə paralel aparılıb. Həm də qarşıya daha geniş məqsəd qoyuldu: əsaslı təmir həcminə vaqonların modernləşdirilməsi də əlavə edildi. Bakı Metropoliteninin 50 illik yubileyi ərəfəsində “Nərimanov” elektrik deposu ərazisində vaqonların əsaslı təmiri sexi istifadəyə verildi. Yeni sexin bazasında yaradılan ayrıca xidmət əsaslı təmir həcmi ilə yanaşı, vaqonların modernləşdirilməsi üzrə də ixtisaslaşdı. Bununla da ölkə xaricindəki müəssisələrdən asılılıq aradan qaldırıldı.

Depoda əldə olunan yüksəkkeyfiyyətli təmirlə yanaşı vaqon parkının müasir standartlar səviyyəsinə qaldırılması xüsusi qeyd edilməlidir. Parkın yenilənməsinə 2015-ci ildən başlanılıb. Bu işin davamı olaraq 2019-cu ilin oktyabrında "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən, ötən il 20 vaqon alınmaqla vaqon parkındakı müasir tipli vaqonların sayı 75-ə çatdırılıb. Vaqonlarda yeraltı yolların ağır hidrogeoloji şəraiti, eləcə də Bakı Metropoliteninin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Bütün vaqonlar dartı mühərriki, qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər, Bakının iqlim şəraitinə hesablanmış kondisioner və avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz olunub.

Bakı Metropolitenin 7 illik QSC dövrünün hər ili istər iqtisadi, istərsə də sosial sahədə həyata keçirdiyi layihələrlə yeraltı yollarda hərəkətin təşkili, sərnişinlərin təhlükəsizliyinin təmin olunması, mədəni xidmətin göstərilməsi sahəsində yüksək göstəricilərlə səciyyələnir. Bu məqsədlə metronun metroloji təminat qrupu və yol xidmətinin yolölçən laboratoriyasının əsasında metroloji təminat və diaqnostika mərkəzi yaradılıb. Mərkəzin diaqnostika kompleksi metropolitenin infrastrukturunun əsas elementlərini müayinə etmək, aparılan təmir işlərinin keyfiyyətini qiymətləndirmək imkanındadır.

Vaqonların təmir keyfiyyətinin qiymətləndirilməsində son illərin əhəmiyyətli yeniliklərindən biri kimi sınaq yolunun da əhəmiyyəti qeyd olunmalıdır. Vaqonların təmirdən sonrakı vəziyyəti burada yoxlamadan keçir. Eyni zamanda, yeraltı yolların enerji təchizatının möhkəmləndirilməsi, yolun üst quruluşu elementlərinin yenilənməsi, ventilyasiya sisteminin təkmilləşdirilməsi, işarəvermə və rabitə qurğularının müasir standartlara uyğun şəkildə qurulması, tunellərin mühafizəsi, korroziyadan mühafizənin yeni üsullarının axtarışı, tunelin istismar üçün yararsız hala düşmüş sahələrinin bərpası üzrə geniş miqyaslı işlərin həyata keçirilməsi başladı. Metronun ilk buraxılış sahələrinə aid stansiyalar, keçid və vestibüllər, xüsusən də bir vaxtlar kütləvi ticarət şəbəkəsinin təşkili səbəbindən görkəminə ciddi xələl gəlmiş stansiya keçidləri təmir olunub, müasir dizaynda yenilənib.

“Kadrlar hər şeyi həll edir” deyimi bütün dövrlərdə əhəmiyyətini saxlasa da, günün tələbləri baxımından daha aktualdır. 2014-cü ilin tədris ili ərəfəsində metropolitendə ilk dəfə olaraq təlim-tədris mərkəzi fəaliyyətə başlayıb, 2019-cu ildə isə mərkəz genişləndirilərək, tamamilə yeni şəraitdə və metropolitenin bütün əsas sahələrini özündə ehtiva edən müasir təlim-tədris ocağına çevrilib. Burada vaqon formalı guşələr, texniki kabinetlər qurulub.

Ən müasir tipli qatarların trenajorunun quraşdırılması isə maşinistlərin bu yenilikləri daha rahat mənimsəməsində, yeni nəsil qatar maşinistlərinin hazırlanmasında xüsusi əhəmiyyətə malikdir. Mərkəz Bakının sənaye müəssisələri, ali və peşə təhsili sahələrində fəaliyyət göstərən tədris müəssisələri arasında təlim-tədris işinin təşkili, əyani vasitə ilə təchizatın səviyyəsi, məşğələlərin keyfiyyəti ilə seçilən müasir təhsil-təcrübə ocağıdır.

Qlobal işlərdən biri də yolun üst quruluşu elementlərinin müasir texnologiyalara müvafiq olaraq ballastsız əsaslar üzərində qurulması, park yollarında taxta şpallar əvəzinə dəmir-beton şpallardan istifadə olunmasıdır. Yolların dəmir-beton blokları metronun öz istehsalat bazasında hazırlanır. Burada Almaniyanın "Vollert” şirkətinin quraşdırdığı yeni sexdə yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Sahə təkcə 2020-ci ilə 1198 dəmir-beton blok istehsal edib. Onlardan "Bənövşəyi xətt”in "Memar Əcəmi-8 Noyabr”, "Xocəsən-Avtovağzal” sahələrində olduğu kimi "Xətai” və "Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmiri işləri zamanı da istifadə olunub. Bir neçə ildir ki, “Nərimanov” elektrik deposunun park yollarında taxta şpalların dəmir-beton şpallarla əvəz edilməsi davam edir. İndiyə kimi depo yollarında 2000-dən çox dəmir-beton şpal qoyulub.

Yeddi ilin uğur hədəfləri sırasında fəaliyyətdə olan stansiyaların yenidən qurulması da əhəmiyyətinə görə sanballı çəkiyə malikdir. Bu, həm də Bakı Metropoliteninin inkişafı üzrə dövlət proqramının tərkib hissəsidir. Son 7 il ərzində “Sahil” “Bakmil”, “Xətai” stansiyalarında, bundan savayı, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” stansiyalarının keçid və vestibüllərində, “Xalqlar dostluğu”, “Neftçilər” və “Qara Qarayev” stansiyalarının keçidlərində, “Nizami” stansiyasının platformasında, “Cəfər Cabbarlı” stansiyasının bir yolunda bu işlər aparılıb.

Ümumiyyətlə, hərəkətin təşkili ilə bağlı olan və olmayan bütün istismar sahələrində görülən işlər, həyata keçirilən tədbirlər sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsinə istiqamətlənib. Son illər bu sahədə daha qabarıq şəkildə görünən yeniliklərdən biri də əlil arabası istifadəçilərinin metro sərnişininə çevrilməsi üçün imkanların yaradılmasıdır. Bu işlər bütün vaqonlarda əlil arabaları üçün yerlərin yaradılmasından başlayıb. Hərəkət imkanları məhdud olan insanlar stansiyaların girəcəyində xüsusi mobil işçi qrupu tərəfindən qarşılanır və gedəcəyi stansiyanı tərk edənə qədər müşayiət olunurlar.

Son 7 ilin ən böyük nailiyyətlərindən biri CBTC və SCADA proqram-alət kompleksinin tətbiqi işlərinin başlanmasıdır. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Bundan savayı, hazırda yeni xətlə yanaşı, “Nərimanov” elektrik deposunda da “ox sayğacı” bazasında qatarların hərəkətinin təşkili və idarə edilməsi sistemləri tətbiq olunur və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək. Sistem hazırda hərəkəti tənzimləyən SAT-ALİ sistemini əvəz edəcək.

Yeddi ilin uğurları barədə danışarkən, enerji sisteminin gücləndirilməsi xüsusilə qeyd edilməlidir. Burada təkcə elektrik yarımstansiyalarının yenidən qurulması, yeni avadanlıqların tətbiqi, kabel şəbəkəsinin yenilənməsi nəzərdə tutulmayıb. Fövqəladə hallarda yeraltı nəqliyyatın ehtiyat elektrik enerjisilə təchiz olunması barədə Prezident İlham Əliyevin tapşırığı da yüksək səviyyədə yerinə yetirilib. “Azərişıq” ASC-nin 10 yarımstansiyasında “Rolls-Royse Power Systems AG MTU GmbH” şirkətinin müxtəlif gücə malik 17 generatoru yerləşdirilib.

Dövlət başçısının metropolitenlə bağlı başqa bir tapşırığı metropoliten tunellərindəki qrunt sularından istifadə ilə bağlıdır. Qeyd edək ki, onilliklər ərzində metropoliten rəhbərliyi və aidiyyəti qurumlar bu məsələni gündəmə gətirsə də, həlli yolları tapılmamışdı. Ötən il “Bakı Metropoliteni” QSC rəhbərliyinin təklifinə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanan layihə özünü təsdiq edib. Yer üstündə yaradılan mənbəyə toplanan qrunt suları texniki məqsədlər, yaşıllıqların suvarılması üçün şəhərə verilib. Bu layihənin icrası gələcəkdə də davam edəcək.

Ventilyasiya sistemində avadanlıqların yenilənməsi,ventilyatorların optimal iş rejiminin tətbiqi stansiya və tunellərdə iqlim şəraitinin normallaşdırılmasında əhəmiyyətli rol oynayıb. Elə son iki ildə quraşdırılan 17 güclü yeni tunel ventilyatoru həm məhsuldarlığına, həm də iqtisadi cəhətdən səmərəliliyinə görə sələflərindən fərqlənir. Eskalatorlara gəldikdə isə bu gün metropolitendə istismar müddəti başa çatmış eskalator yoxdur. Bu illər ərzində eskalatorların yenilənməsi nəticəsində sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib. Hazırda sovet istehsalı olan eskalatorlar yalnız “Nəsimi”, “Nizami”, “Cəfər Cabbarlı”, “Xalqlar dostluğu”, “Həzi Aslanov”, “28 May” stansiyasının ikinci çıxışında qalıb. Onların istismar müddəti hələ başa çatmayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar