BAKI METROPOLİTENİNƏ RELS QAYNAQ EDƏN AVADANLIQ GƏTİRİLMİŞDİR
Bakı Metropoliteni İdarəsinin rəisi Tağı Əhmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, yeraltı polad magistral hər birinin uzunluğu 25 metr olan relslərdən quraşdırılmışdır. Relslər arasındakı məsafə hərəkət vaxtı vaqonlarda səs yaradır. Bundan başqa, relsləri birləşdirən başmaqların və şpalların tez-tez sıradan çıxması əlavə xərclərə səbəb olur. Yeni avadanlıq vasitəsilə qaynaqlanacaq relslər 100 metrdən bir birləşdiriləcəkdir ki, bu da vaqonlarda əlavə səsin yaranmasının qarşısını alacaq, həm də relsləri birləşdirən detallara çəkilən xərclər azalacaqdır. Yeni avadanlıq martın sonunadək istismara veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]